Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində sərhəd demarkasiyası komissiyasının iclaslarını keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.
Qeyd edək ki, baş nazirlərin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan sonuncu dəfə iyulun 12-də dördüncü dəfə görüşüblər.
Tərəflər bir-birinə növbəti görüşün təşkili üçün yer kimi Ermənistan və Azərbaycanın dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə qarşılıqlı razılaşma əsasında görüşün dövlət sərhədinin Tavuşla Qazax rayonu arasında təşkili barədə qərar qəbul edilib.
Ağarza Elçinoğlu