"Mən Azərbaycanla sabit sülhə inanmasaydım, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməyin mənası olmazdı".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Frans-Press” agentliyinə müsahibəsində deyib.
Paşinyan qeyd edib ki, məhz dialoq vasitəsilə inamsızlığı, nifrəti, gərginliyi aradan qaldırmaq, bir-birini daha yaxşı başa düşmək olar.
O, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, ölkə lideri İlham Əliyev də bugünkü çıxışında Ermənistanla cari ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkün ola biləcəyini bildirib.
Ağarza Elçinoğlu