Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə "Unikal"a FHN Mətbuat xidmətindən xəbər verilib.

17:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.