Bu gün Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub. Bəs bu görüşdə hansı nəticələr əldə oluna bilər?
Politoloq Qabil Hüseynli bununla bağlı "Unikal"a bildirib ki, bu görüşlərin keçirilməsi rəqabət meydanına çevrilib. Politoloq Rusiyanın iştirakı ilə keçirilən görüşlərin ümumi işə xeyir verəcəyini düşünmür:
"Brüssel formatında olan görüşlərdə ciddi irəliləyişlər varsa, Rusiyadakı görüşlərdə nələrinsə olacağını zənn etmirəm. Erməni silahlılarının ərazimizdən çıxarılması, Qarabağda yaşayan erməni əsilli vətəndaşların cəmiyyətimizə inteqrasiya etməsi bizim üçün əhəmiyyətlidir. Amma bu məsələ rus tərəfindən həvəssiz müzakirə olunur. Bəzən bu məsələdə ermənipərəst mövqe ortaya qoyulur. Ona görə də bu görüşlərin lüzumsuz olduğunu düşünürəm və sülhyaratma prosesinə əngəl hesab edirəm. Burada hər hansı bir irəliləyişin olacağını güman etmirəm", - deyə Q.Hüseynli vurğulayıb.
Anar Kəlbiyev