Şəxsin bir və ya bir neçə siyasi partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydası”nda əksini tapıb.
Qərara əsasən, Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən ediləcək. İanənin dəyərinin bazar qiyməti ilə müəyyən edilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçiriləcək.
Qeyd edək ki, hazırda ölkəmizə minimum əməkhaqqı 350 manatdır. Onun 35 misli isə 12 min 250 manat edir.