Ədliyyə Nazirliyi AĞ Partiyanın təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıq aşkarlayıb.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın sədri Tural Abbaslı məlumat yayıb.
Bildirilib ki, partiya Ədliyyə Nazirliyinə 10001 nəfər üzvün məlumatlarını təqdim edib.
"Onlardan 3414 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib. 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı qeyd olunub. "Texniki səbəblərdən reysterdə adları çıxmayan 3414 nəfər və partiyaçı olmadığı qeyd edilən 1424 nəfər işçi qrupumuz tərəfindən ən qısa zamanda araşdırılıb Ədliyyə Nazirliyinə təqdim ediləcək və əminəm ki, onların da böyük əksəriyyəti AĞ partiyaçı kimi qeydə alınacaqlar", - partiya sədri qeyd edib.