Azərbaycanda daha iki siyasi partiyanın təkrar qeydiyyatla bağlı müraciətinə imtina cavabı gəlib.

"Unikal" modern.az-a istinadən xəbər verir ki, sözügedən partiyalar Azərbaycan Demokrat Partiyası və Azad Demokratlar Partiyasıdır.

Qeyd edək ki,  Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azad Demokratlar Partiyasının sədri isə Sülhəddin Əkbərdir.