Zaqatalada minik  avtomobilləri toqquşub, xəsarət alanlar  var. 

"Unikal" xəbər verir ki,hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib. VAZ -2106 və "Opel"  markalı iki minik avtomobilinin toqquşması nəticəsində  iki nəfər - 2007-ci il təvəllüdlü Sənan Səməd oğlu Mahmudov və 1985-ci il təvəllüdlü Günel Ramazan qızı Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilliblər. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.