“Vaqif Xaçaturyan Qarabağdan Ermənistana keçmək istəyərkən qorxu içində olmalı idi. Çünki bilməliydi ki, Azərbaycanın müvafiq dövlət instansiyalarında onun 30 il əvvəlki cinayətləri barədə məlumatlar toplanıb və həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsinin bilgisayarlarında var”.
“Unikal” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Qarabağ separatçıları silahlarını təhvil verməyincə əfv haqqında danışmaq mümkün deyil:
“Görünür, xəstəliyi ilə əlaqədar ağrıları o qədər artıb ki, sərhədi keçməklə risqə getməli olub, ancaq ilişib. Erməni separatçıları sərhəddə Xaçaturyanın həbsi hadisəsindən özləri üçün ən azı iki nəticə çıxarmalı olacaqlar. Birincisi, torpaqlarımızın işğalında və qətliamlarda iştirak edənlərin Laçından Ermənistana keçidi mümkün deyil, belələrin sayı isə az deyil. İkincisi, separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblar, bu halda onlarla bağlı amnistiya da mümkün deyil”, - deyə politoloq bildirib.