"Sülh təkcə mümkün deyil, həm də zəruridir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibəsində bildirib.
“Sülh təkcə ola bilməz, həm də olmalıdır. Bu, mənim inancım, mövqeyim, inandığımdır” deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, “bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüanslardan xəbərdar olması, nə üçün kifayət qədər sürətlə irəliləyişin olmadığını aydınlaşdırmaq da çox vacibdir”.
“Bizdə belə bir anlayış var ki, Bakı ilə Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq aparılmalıdır. Bu dialoq indiyə qədər də baş tutmayıb. Bunun üçün çalışmaq lazımdır, heç kim sülhə nail olmağın asan olacağına söz vermədi. Əgər bu, asan olsaydı, buna çoxdan nail olmaq olardı”, - Paşinyan əlavə edib.