“Sizin qeyd etdiyiniz kimi, Qarabağa humanitar karvanın göndərilməsinin Azərbaycan rəhbərliyi ilə razılaşdırılmamasına baxmayaraq, Rusiya sülhməramlıları fəal şəkildə vəziyyətdən çıxış yolunun tapılması prosesinə qoşulub və bu məqsədilə hər iki tərəflə daimi təmas yaradıblar”.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı news.ru-nun sualını cavablandırarkən bəyan edib.
O, qeyd edib ki, məsələ ilə bağlı Rusiya sülhməramlılarını günahlandırmaq əsassızdır.
“Hesab edirik ki, Rusiya sülhməramlılarının ünvanına hər hansı bir ittihamın səsləndirilməsi əsassızdır və onların bölgədəki vəziyyətin sabitləşməsinə yönəlmiş real səylərini əks etdirmir”, - deyə Zaxarova qeyd edib.