Rusiyada iyulun 29-dan avqustun 2-dək 30 hərbi komissarlıq yandırılıb. 

“Unikal” xəbər verir ki, bu barədə Rusiyanın "Mediazona" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, son beş gün ərzində baş verən hücumların böyük əksəriyyəti müxtəlif bəhanələrlə insanları yanğın törətməyə inandıran telefon fırıldaqçılarının hərəkətləri ilə bağlıdır.