ABŞ Konqresinin binasına silahlı şəxs daxil olması barədə xəbərlər yalandır.
"Unikal"
xəbər verir ki, bu barədə Vaşinqton polis departamentinin nümayəndəsi Hyu Karu bildirib .

“Silahlı şəxslə bağlı zəng olub. Görünür, bu, yalan xəbərdir”, - deyə o bildirib.

Karu qeyd edib ki, hələlik binada atəş səsləri eşidlmir.

Avqustun 2-də Vaşinqtondakı Capitol Hill polisi ABŞ Senatının Konqresin yanındakı ofis binasında silahlı şəxsin olması barədə məlumat aldığını bildirib.

23:27

Konqresə bitişik olan ABŞ Senatının ofis binasında silahlı şəxsin olması barədə məlumat yayılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Twitter” də hüquq-mühafizə orqanları məlumat yayıb  .

“Zabitlərimiz təcili çağırışa cavab olaraq Senatın ofis binalarında və ətrafında axtarış aparır. Zəhmət olmasa bu ərazidən uzaq olun, çünki biz hələ də araşdırma aparırıq. Biz ictimaiyyəti məlumatlandırmaqda davam edəcəyik”, - yazıda deyilir.