Avqustun 2-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, həmsöhbətlər regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Onlar Qarabağda (Berdzor) Laçın dəhlizini və Vaqif Xaçatryanın Azərbaycanın sərhəd xidməti tərəfindən saxlanılmasını müzakirə ediblər.