Tayvanda raket silahlarının hazırlanması üzrə hərbi tədqiqat bazasında yanğın baş verib.

“Unikal” xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alıb.

Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır, bədəninin 90%-dən çoxu yanıb.

Partlayışın səbəbi məlum deyil, araşdırma aparılır. 

Nuranə Abbasova