İtaliyanın baş naziri Corciya Meloni “Placebo” qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini “faşist, irqçi” adlandırmasından sonra məhkəməyə müraciət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müğənni italyan məmuru təhqir edib. Molkonun tamaşaçılardan çıxışını çəkməməyi xahiş etməsinə baxmayaraq, həmin anın video lenti internetdə yayılıb.

Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000 pərəstişkarına müraciət edib. Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

İtaliya Cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə təhqir edən hər kəs 5000 avroya qədər cərimələnə bilər.    

Gülayə Mecid