Narkotikdən istifadə və silah saxlama ittihamı ilə mühakimə olunan ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden yenidən gündəmə gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı Hunter Bayden 2021-ci ildə ailəsi ilə birlikdə köçdüyü Kaliforniyadakı 4 milyon dollarlıq lüks villasından kirayə haqqı ödəmədən qaçıb.
Məlumata görə, hazırda Baydenin evə sahibinə 80 min dollar borcu var. Ev sahibinin isə ABŞ-da məşhur fast-food şəbəkəsinin yaradıcılarından biri Conatan Neman olduğu bildirilib.
"DailyMail" nəşrinə danışan Neman "Onlar dəhşətli kirayəçilər idi. Aylarla kirayə haqqını vermədilər və evi çox pis vəziyyətdə tərk etdilər", - deyib.
Gülayə Mecid