Rusiya hökuməti Norveçi dost olmayan ölkə kimi təsnif edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Departamenti məlumat yayıb.
"Norveç Krallığı Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, belə siyahıdan diplomatik nümayəndəliklər üçün Rusiya ərazisində yerləşən səfirliklərdə, konsulluqlarda, dövlət orqanlarının nümayəndəliklərində və dövlət qurumlarında işçi qəbul etmək imkanı məhduddur.
Gülayə Mecid