İranın Baş Qərargah rəisinin müavini Moskva Təhlükəsizlik Konfransında iştirak etmək üçün avqustun ortalarında Rusiyaya səfər etməyi planlaşdırır.

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. 

Səfir İranın "Ordu-2023" konfrans və forumunda iştirak edib-etməyəcəyi sualını cavablandırarkən deyib: "İran Baş Qərargah rəisinin müavini səviyyəsində təmsil olunacaq".

Nuranə Abbasova