Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putini özünün müəllimi adlandırıb. 

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki,  Peskov Putinin bir çox cəhətdən onun üçün müəllim olduğunu etiraf edib. 

Kreml nümayəndəsinin sözlərinə görə, onun həyatda bəxti gətirib.

“Mən düz 20 ildir ki, fasiləsiz olaraq mənim üçün müəllim olan eyni insanın yanındayam. Mən Putini nəzərdə tuturam. Onun arqumentlərdən istifadə etməsi, həmsöhbətlərini inandırması əvəzolunmaz təcrübədir və mən ondan çoxlu məlumatlar öyrənmişəm”, - deyə Peskov bildirib. 

Nuranə Abbasova