"Greenpeace" fəalları Britaniyanın baş naziri Rişi Sunakın Şimal dənizində neft və qaz qazma işləri üçün yeni lisenziyalar vermək qərarına etiraz etmək üçün onun evinin damına çıxıblar.

"Unikal" xəbər verir ki, bu barədə “Greenpeace” təşkilatının Britaniya bölməsi “Twitter” səhifəsində məlumat yayıb. 

“Fəallar Rişi Sunakın malikanəsinin damındadır və yeni qazma işlərinin (Şimal dənizində – red.) təhlükəli nəticələrini göstərmək üçün onu 200 metr uzunluğunda neft-qara parça ilə örtürlər”, - mesajda deyilir.

Məlumata görə, Sunak və ailəsi hazırda ABŞ-ın Kaliforniya ştatında istirahətdədir.

Gülayə Mecid