Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.
Onun sözlərinə görə, Nazirlik partiyanın təqdim etdiyi siyahılarda çatışmazlıqlar aşkar edib və partiyanı qeydiyyata almayıb.
"Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaqdır", - deputat deyib.