Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolu ilə bağlı bəyanat yayıb.
"Unikl"ın məlumatına görə, bəyanatda deyilir ki, Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır.
“Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə, Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi”, - deyə bəyanatda qeyd edilir.