Ermənistan Azərbaycanın işğaldan azad edilən ərazilərinə 1 milyondan çox mina yerləşdirib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox azərbaycanlı mina qurbanı olub.
"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru davam edir", - H.Hacıyev vurğulayıb.
Armenia implanted more than 1 million landmines to thebln occupied lands of Azerbaijan.Since Nov 2020 more than 300 Azerbaijanis have become victims of seeds of death. Globally Azerbaijan is amongst the most contaminated countries with landmines. Mine terror of Armenia continues. pic.twitter.com/PdjSfCOeoJ
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 14, 2023