Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri öz maraqlarını düşünməyən Konqres nümayəndələri tərəfindən təşkil edilir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə bildirib.
Prezident köməkçisinin sözlərinə görə, Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri “əslində erməni lobbisini təmsil edən və öz milli maraqlarını düşünməyən Konqres nümayəndələri” tərəfindən təşkil edilir.
O əlavə edib ki, bu cür hərəkətlər ABŞ və onun müttəfiqlərinin davamlı sülhü təmin etmək səylərinə “zərərli” ola bilər.