Avqustun 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilib.

"Unikal" xəbər verir ki, ziyafət zamanı təşkil olunan konsertdə Azərbaycan və Özbəkistan musiqilərindən nümunələr səsləndirilib.

xxx

20:57

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilir.

“Unikal” xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.