“Biz xanım nazirlə həm təkbətək, həm də geniş tərkibli görüş zamanı iki ölkə, Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlər və layihələr, eyni zamanda regional məsələlər ətrafında fikir mübadiləsi apardıq”.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Çoxtərəfli platformalarda ölkələrimiz, o cümlədən BMT və onun təsisatları, ATƏT, Aİ, AŞ və sair təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq həyata keçirirlər”, - nazir əlavə edib.