Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa olunub.
“Unikal” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
“Vəkillik fəaliyyətim bərpa olundu. Hər kəsə dərin təşəkkürümü və ehtiramımı bildirirəm. Var olun!”, - deyə E.Sadıqov bildirib.
Qeyd edək ki, E.Sadıqov vəkili olduğu “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunurdu.