Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov Xidmətdə kiçik rəis heyətində işə qəbulla bağlı müraciət etmiş namizədlərin sıra baxışını keçirib.
"Unikal" xəbər verir ki, nazir müavini onların zahiri görkəmi, fiziki hazırlığı, bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələri, Penitensiar xidmətin rəsmi saytı və sosial şəbəkə səhifələrində əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş namizədlərdən 150 nəfər, o cümlədən 37 nəfər vətən müharibəsi iştirakçısı və 1 nəfər şəhid ailəsi üzvü növbəti seçim mərhələsinə buraxılıblar.