Özbəkistan Ali Məclisinin qanunvericilik (aşağı) palatası ictimai yerlərdə üzü gizlədən və şəxsin tanınmasına mane olan geyimlərin geyinilməsini qadağan edən düzəlişləri qəbul edib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, qadağanın pozulması intizam tənbehi ilə nəticələnəcək. 

Qadağa tibbi diaqnoz və ya reseptə görə üzü gizlədən, eləcə də əmək və rəsmi fəaliyyətlə bağlı geyimlərə daxil deyil.

Dəyişiklik Özbəkistanda ictimai asayişin qorunması üzrə tədbirlərin səmərəliliyini artırmaq, o cümlədən “Təhlükəsiz şəhər” sisteminin informasiya proqramlarının işinin təkmilləşdirilməsi məqsədilə qəbul edilib. 

Nuranə Abbasova