Gürcüstan parlamentinin deputatları birinci oxunuşda müxalifətçi deputat Teona Akubardiyanın respublikada faşizm üzərində Qələbə gününün mayın 9-dan 8-nə keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsünü dəstəkləməyiblər.

"Unikal" xəbər verir ki, səsvermənin nəticələrinə görə, Əmək Məcəlləsinə dəyişikliklərin lehinə 20 deputat, əleyhinə 4 deputat səs verib. Dəyişikliklərin qəbulu üçün 76 deputatın razılığı lazım idi.
Akubardiya layihənin əsaslandırmasında qeyd edib ki, “faşizm üzərində Qələbə Gününü Rusiya ilə deyil, Avropa ilə eyni gündə qeyd etmək lazımdır”. Onun sözlərinə görə, qanun layihəsində veteranlara və digər şəxslərə mayın 9-da bayram keçirməyi və bu gün xatirə abidələrini ziyarət etməyi qadağan etmir, amma rəsmi istirahət günü 8-i olmalıdır.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları qanun layihəsinin müzakirəsi zamanı təşəbbüsçüyə suallar verərək, onun 9 may bayramını qeyd etməyə alışmış cəmiyyəti parçalamağa xidmət edəcəyini bildirərək, layihəni tənqid ediblər. Həmçinin, onların fikrincə, indi təslim olma paktının imzalandığı saatın neçə olduğunu və faşizm üzərində Qələbə gününün 9 Mayda rəsmi qeyd olunmağa davam etməsini müzakirə etmək absurddur.
Böyük Vətən Müharibəsi cəbhələrində Gürcüstanın 700 mindən çox sakini vuruşdu. Son məlumatlara görə, ölkədə 114 veteran yaşayır. Respublikada 9 May rəsmi olaraq faşizm üzərində Qələbə günü adlanır. Bu gün bayramdır.