Meksikanın Sinaloa əyalətinin Navolato şəhərində keçirilən cinsiyyətin açıqlanması gecəsi fəlakətlə nəticələnib.

"Unikal" xəbər verir ki, körpənin cinsiyyətini öyrənmək üçün şənlik keçirilən ərazidə havada çəhrayı toz buraxan Cessna tipli kiçik təyyarə qanadı qırıldıqdan sonra yerə düşüb.

Doğulacaq körpənin cinsiyyəti məlum olan zaman qəzada yaralanan təyyarənin pilotu 38 yaşlı Luis Anxel Lopez Heras aparıldığı xəstəxanada dünyasını dəyişib.

Ziyafət iştirakçılarının cib telefonu kamerası ilə lentə aldığı görüntülərdə təyyarənin şənlik sahəsinə doğru endiyi, çəhrayı toz buraxdığı, sonra qəfil havaya qalxdığı, daha sonra qanadı qırılaraq yerə çırpıldığı görülüb.