"Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin Tver vilayətində təyyarə qəzasında həlak olmasından artıq iki həftə keçir. Çoxları Priqojinin artıq sağ olmadığına inanmaqdan imtina edir. Onun ölümü rəsmən təsdiqlənib və yaxınları artıq iş adamını dəfn ediblər.

"Unikal" xəbər verir ki, onun sağ olmasını əks etdirən görüntülər Rusiyanın müxtəlif bölgələrindən olan şəkillərdə və videolarda təsdiqini "tapır".

Belə ki, "Vaqner” PMC-nin rəhbərinin pərəstişkarları internetdə onu yeni görüntülərini yayıblar. Priqojinə bənzəyən şəxs mağazada, küçədə, məktəb yaxınlığındakı uşaq məclisində, hətta vaqonda görüntülənib.  

Rusiyanın müxtəlif şəhərlərində qeydə alınan görüntülər yerli mətbuatın diqqətini çəkib."Həqiqətən də foto və videolarda üz cizgilərinə görə Yevgeni Priqojinə çox bənzəyən bir insan əks olunub",- KİV-lərin biri yazıb. İnternetdə xüsusi ajiotaja məktəblilərin videosu səbəb olub. Belə ki, uşaq bayramında işləyən fotoqraf  "Vaqner" liderini aydın şəkildə çəkib.  

Xatırladaq ki, Priqojinin ölümündən sonra  "Telegram" kanallarından birində onun yeni səsyazısı yayılıb. Səsyazmada Priqojinin "canlı, sağlam" və hər şeyin qaydasında olduğunu bildirilib.  

Qeyd edək ki, bundan əvvəl də iş adamı ölümünü bir neçə dəfə saxtalaşdırıb və bir müddət gözdən itib.