İstanbulda baş verən sel nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

***00:49

İstanbulda daşqınlar nəticəsində bir nəfər ölüb.

"Unikal" xəbər verir ki, Başakşehir rayonunda sel suları altında qalan bir nəfər ölüb. Güclü yağış paytaxtda bir neçə küçəni su basıb.

Sel suları səbəbindən bir qrup sakin yerli kitabxanada qalıblar. Onlar təxliyyə edilərək rayon icra hakimiyyətinin binasına aparılıb.

Yerli hakimiyyət İstanbul sakinlərini evlərdə qlmağa çağırıb.

***23:52

Güclü leysan İstanbulun bəzi rayonlarında çətinliklər yaradıb.

"Unikal" xəbər verir ki, Arnavutköy və Başakşehirdə sel səbəbindən avtomobillər yolda qalıb.

Şəhərdə metronun hərəkətində məhdudiyyətlər yaranıb.