Sentyabrın 8-dən İrəvan-Qafan-İrəvan aviareysinin cədvəlində dəyişiklik edilib.

“Unikal”ın erməni mediasına istinadən məlumatına görə, bu barədə Zəngəzur mis-molibden zavodundan məlumat verilib.

Yeni cədvələ əsasən, İrəvanın Zvartnots hava limanından saat 10:00-da, Qafanın Sünik hava limanından isə saat 12:00-da uçuşlar olacaq. 

Qeyd edək ki, daha əvvəl İrəvan-Qafan reysi 2 dəfə baş tutmayıb. Ermənistan bunu hava şəraiti ilə əlaqələndirirdi. Azərbaycanla sülh müqaviləsi imzalamadığı halda, Ermənistanın sərhəddə hava limanını istifadəyə verməsi ölkəmizdə etirazla qarşılanmışdı.

Ermənistan bu aeroportun açılışını indiyədək "təhlükəsizlik səbəbi ilə” bir neçə dəfə təxirə salıb.