Rusiya silahlı qüvvələri yenə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.

"Unikal" xəbər verir ki, səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb, bundan sonra partlayış səsləri eşidilməyə başlayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.