Ermənistan və ABŞ hərbçiləri "ARTSIV PARTNERS-2023" adlı birgə hərbi təlim keçirəcəklər. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan MN açıqlama yayıb. 

Məlumata görə, təlimlər 10 gün ərzində baş tutacaq: "Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-dən 20-dək Ermənistanda Müdafiə Nazirliyinin sülhməramlı briqadasının "Zar" təlim mərkəzində "ARTSIV PARTNERS-2023" birgə erməni-amerikan təlimi keçiriləcək".

Qeyd olunub ki, təlim sülhməramlı tapşırıqlar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir. Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistan bölməsinin planlaşdırılmış əməliyyatlara hazırlığını artırmaqdır. 

Ağarza Elçinoğlu