İran ABŞ-Ermənistan birgə hərbi təliminə reaksiya verib.

"Unikal" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani paytaxt Tehranda keçirilən həftəlik mətbuat konfransında gündəmə dair sualları cavablandırıb, ABŞ və Ermənistanın ortaq təlimi ilə bağlı deyib: "Amerika Birləşmiş Ştatları qüvvələri heç vaxt təhlükəsizliyi təmin etməyə çalışmayıblar. Onlar getdikləri yerdə həmişə qeyri-sabitlik və xaos yaradıblar. Bölgədəki problemlər region ölkələri tərəfindən həll olunmalıdır. Biz trans-regional qüvvələrin bölgədə mövcudluğunu sabitlik və təhlükəsizliyə zidd hesab edirik”.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi 6 sentyabr məlumatında “Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq” çərçivəsində ayın 11-20 tarxilərində Amerika Birləşmiş Ştatları ilə “Qartal tərəfdaşı 2023” birgə hərbi təlimi keçirəcəyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ-Ermənistan birgə təlimi Rusiyanın da təpkisinə səbəb olub. Ölkənin xarici işlər naziri Sergey Lavrov sözügedən mövzu ilə bağlı “Biz aqressiv NATO üzvünün Cənubi Qafqaza girməyə cəhd etməsini yaxşı hal hesab etmirik”.