Xəbər verdiyimiz kimi, "Kim Milyoner Olmaq İster" yarışmasına qatılan Rabia Birsen Göyercin bütün sualları düzgün cavablandıraraq 1 milyon TL  (₼63 300) qazanıb.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Rabia qazanılan 1 milyon mükafatın vergi endirimlərindən 804 min 677 lirəsini alacaq. 

Bu barədə vergi mütəxəssisi Ozan Bingöl müsabiqədən sonra verdiyi açıqlamada deyib. O, bu məbləğin 20 faizinin vergi tutulmasından sonra Rabianın 80. 677 lirə əldə edəcəyini qeyd edib. 

Nuranə Abbasova