Ukraynanın iyun ayında başlatdığı əks-hücum davam edir. İndiyə qədər bu sahədə kiçik nailiyyətlər əldə olunsa da, böyük irəliləyişin olmaması Qərbdə tənqid mövzusudur.

"Unikal" xəbər veir ki, bu çərçivədə ABŞ Baş Qərargah rəisi Mark Milley davam edən əks-hücum üçün tarix verib. Şərtlərin çətin olacağı qış mövsümünə işarə edən Milley, Ukraynanın 30 ilə 45 gün olduğunu söyləyib.Ukrayna iyun ayında Rusiyaya qarşı əks-hücuma başlayıb. Bununla belə, bu vaxta qədər bu sahədə ciddi nailiyyətlərin əldə olunmaması Qərbin tənqidinə məruz qalıb.

Bu məsələ ilə bağlı ABŞ Baş Qərargah rəisi diqqətçəkən açıqlama verib. BBC-yə danışan ABŞ Baş Qərargah rəisi Mark Milley regionda pisləşən hava şəraiti ilə Ukraynanın cəbhədə manevr qabiliyyətinin azalacağını vurğulayıb. "Müharibə üçün hələ ağlabatan 30-45 gün var, ona görə də ukraynalılar hələ bitməyib" deyib. Milley müharibənin əvvəlində qarşıdurmaların uzun, ləng və itkilərə səbəb olacağı proqnozunun özünü doğrultduğunu bildirib. O, əks-hücumun uğursuz olub-olmadığını söyləmək üçün hələ tez olduğunu, lakin Ukraynanın “Rusiyanın cəbhə xəttində çox sabit irəliləyiş əldə etdiyini” söyləyib.

Ukrayna prezidenti Zelenski açıqlamasında bildirib ki, Ukrayna hələ də təşəbbüskardır.

Yüksək təhlükəsizlik rəsmilərindən biri bəyan edib ki, Ukrayna qüvvələri gələn qışa qədər hücumu davam etdirə bilər.Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov etiraf edib ki, əks-hücum onun istədiyindən daha ləng gedir.

Onun sözlərinə görə, Rusiyanın müdafiə xətləri yaxşı planlaşdırılmış və ciddi şəkildə minalanmışdır ki, bu da döyüş meydanında vəziyyəti “çətinləşdirib”. Lakin soyuq havanın hərbçilərin gözardı edə bilməyəcəyi bir həqiqət olmasına baxmayaraq, "əks-hücumlar davam edəcək" dedi.