Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə görə Rusiyadan başqa hər yerə zəng edən Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı İctimai Televiziyada sualları cavablandırıb.

"Unikal" xəbər verir ki, aparıcı Petros Qazaryan "Siz Gürcüstana, İrana, Almaniyaya, ABŞ-a zəng etdiniz, bir çox ölkələrin liderləri ilə danışdınız, amma məntiqli olardı ki, ilk zəng Putinə edərdiniz, çünki bizim strateji müttəfiqimiz Rusiyadır", - sualını verib.

Paşinyanın cavabı isə belə olub:

“Əslində ilk zəng Rusiya prezidentinə olub. Sonda bu vəziyyətlə bağlı Rusiya Federasiyasının prezidenti ilə danışdım, başqaları ilə danışmadım. Həmin zənglərin məqsədi və mənası müəyyən nüanslardan xəbərsiz və ya məlumatsız olan partnyorları məlumatlandırmaqdır. Rusiya Federasiyasının prezidenti də bu vəziyyətdən şübhəsiz ki, məlumatlıdır. Ötən ilin dekabrından indiyədək mənim Rusiya prezidenti ilə onlarla telefon danışığım olub”, - deyə Nikol Paşinyan cavab verib.