Xəbər veridiyimiz kimi bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, Paşinyan “Birinci kanal”a verdiyi qısa müsahibədə telefon danışığına toxunub.

“Ərdoğanla söhbət məzmunlu və faydalı oldu. 

Bir sıra qarşılıqlı nüansların olması da vacibdir, onlarla bağlı daimi ünsiyyət, mövqelər, qiymətləndirmələr olmalıdır”, - Paşinyan bildirib.