“Anna Akopyanın Ukraynaya səfərini siyasiləşdirmək lazım deyil”. 

“Unikal” xəbər verir ki, bunu Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İctimai Televiziyanın efirində deyib.

"Əvvəlcə onu deyim ki, həyat yoldaşımın Ukraynaya səfəri siyasiləşdirilməməlidir. Bilirsiniz ki, həyat yoldaşım uzun müddətdir Birinci Xanımlar və Cənablar Sammitinin fəaliyyətində iştirak edir və bu tərəfdaşlıq çərçivəsində tədbirlərdə iştirak edir. Ermənistanda yaxın gələcəkdə belə bir tədbirin keçirilməsi planlaşdırılır”, - deyə Paşinyan bildirib.

Nuranə Abbasova