"Ermənistanın Qərb dövlətləri ilə münasibətləri dəyişməyib, lakin Rusiya Ukrayna böhranına görə onları başqa cür qəbul edir".

"Unikal" xəbər verir ki, bunu  Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziya kanalında deyib .

“Ancaq onların münasibətləri dəyişdikcə, bizim münasibətlərimiz haqqında təsəvvürləri də dəyişdi”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, nə Qərb, nə də Rusiya Dağlıq Qarabağ probleminin həllində heç vaxt monopoliyaya malik olmayıb və Ermənistan həmişə “bu platformalarda” həssas məsələləri müzakirə edib. O xatırladıb ki, xüsusi hərbi əməliyyat başlayandan keçmiş tərəfdaş ölkələr bir-biri ilə əlaqəni Ermənistana görə yox, Ukraynaya görə dayandırıb".

“Onların münasibətləri dəyişdi, bizimki isə dəyişmədi”, - deyə Ermənistanın baş naziri qeyd edib.