Yunanıstanın paytaxtı yaxınlığında yerləşən Artemidada atışma baş verib.

"Unikal" xəbər verir ki, insident nəticəsində 6 nəfər ölüb. Məlumata görə, naməlum şəxslər Almaniya nömrəsi olan avtomobilə atəş açıblar.

Ölənlərdən 5-i avtomobildə, digəri isə küçədə olub. Bildirilir ki, hücum cinayətkar qruplar arasında münaqişələrlə bağlı ola bilər.

Polis hadisə ilə bağlı araşdırma aparır.