Rusiyada Ural Hava Yollarına məxsus Airbus A320 sərnişin təyyarəsi buğda sahəsinə məcburi eniş edib. 

"Unikal" xəbər verir ki, Novosibirsk vilayətində baş verən qəza nəticəsində ölən olmayıb. 

"Möcüzə nəticəsində ölən və xəsarət alan olmayıb", - Rosaviasia məlumat yayıb. 

Soçidən Omska uçan təyyarədə 167 sərnişin və 6 ekipaj üzvü olub. 

Qəza enişinin səbəbi hələlik məlum deyil. 

Ağarza Elçinoğlu