BMT-nin baş katibi Antonio Quterreş dəfələrlə Ukrayna münaqişəsi zonasında kaset bombalarından istifadəyə dərhal son qoymağa çağırıb.

"Unikal" xəbər verir ki, bunu təşkilat rəhbərinin müavini və tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu deyib .

Onun sözlərinə görə, kaset bombalarının tədarükü və onların döyüş əməliyyatları zamanı istifadəsi ilə bağlı məlumatlar çox narahatlıq doğurur. O əlavə edib ki, bu cür silahlar “tarixə çevrilməlidir”.

"BMT-nin Baş katibi dəfələrlə kasetli sursatların istifadəsini dərhal dayandırmağa çağırıb", - Nakamitsu vurğulayıb.

Sentyabrın 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Amerikanın uzaqmənzilli raketlərinin Ukraynaya ötürülməsi və kaset mərmilərinin tədarükü böhranın kəskinləşməsinə səbəb ola bilər. 

İyulun 7-də Amerika prezidenti Co Bayden Ukraynaya kaset sursatlarının tədarükünü elan edib. Ağ Evin rəhbəri bu qərarını Kiyevdə şərti mərmi çatışmazlığı ilə izah edib.