Yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş baş tutacaq.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski bildirib.

“Netanyahu-Zelenski görüşü yaxın günlərdə Nyu-Yorkda baş tutacaq. İki ölkənin liderləri BMT Baş Assambleyasının iclasında iştirak edəcəklər”.

Sentyabrın 7-də Netanyahu Zelenski ilə telefon danışığında İsrailin Kiyevə, o cümlədən ölkədəki ukraynalı qaçqınlara yardımının davam etdirilməsi, habelə mülki hava hücumundan müdafiə sistemlərinin inkişafına yardımın təşviqi məsələlərini müzakirə edib.

Bundan əvvəl İsrail baş nazirinin ofisi məlumat vermişdi ki, ölkə hökuməti ukraynalı qaçqınlara humanitar yardım göstərmək proqramını 2023-cü ilin sonuna qədər uzadıb. Söhbət gələcək tibbi yardımdan, o cümlədən həyati vacib prosedurlardan gedir.