Apple öz smartfonlarının yeni nəslini - iPhone 15-i təqdim edib. 

“Unikal” xəbər verir ki, smartfonların yeni xətti iki modellə təmsil olunacaq: ekran ölçüləri müvafiq olaraq 6,1 və 6,7 düym olan iPhone 15 və iPhone 15 Plus. Smartfonlar 48 meqapiksellik əsas kamera və sələfindən 20% az enerji sərf edən A16 Bionic prosessoru ilə təchiz edilib. 

Bundan əlavə, ekran çərçivələri incəlib və telefonu mexaniki gərginlikdən qorumaq üçün onun səthinə xüsusi keramika örtük çəkilib. 

Nuranə Abbasova