Rusiya və Çinin xarici işlər nazirləri görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Görüş sentyabrın 18-də Moskvada baş tutacaq. Sergey Lavrov və Vanq Yi ikitərəfli və beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edəcəklər", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu